"Azərbaycan Milli Antidopinq Agentliyi noyabrda Respublika Narkoloji Mərkəzində 195 nəfər arasında sorğu keçirib".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli mətbuat konfransında deyib.
Onun sözlərinə görə, respondentlərin 80 faizini kişilər, 12,3 faizini isə qadınlar təşkil edib. AMADA rəsmisi 7,7 faizin bu suala cavab vermədiyini sözlərinə əlavə edib: "Onlardan 70,8 faizi işləmir, 28,2 faizi isə işləyir. 1 faizi bu sualı cavabsız qoyub. 64 faizi narkotik vasitələrdən asılı olduğu üçün işsiz olduğunu söyləyib. Həmin şəxslərin 51,3 faizi narkotiki ilk olaraq dostu və yoldaşının təklif etdiyini söyləyib".
Hüseynli bildirib ki, onların içərisində 6,2 faizi magistr, 22,1 faizi bakalavr, 25,6 faizi orta ixtisas, 13,3 faizi natamam orta təhsilli şəxslərdir.