
Formula 1 üzrə Azərbaycan Qran Prisi üçün iki əlavə tribuna quraşdırılacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Sportnet.az-a verilən məlumata görə, Bakı Şəhər Halqasında infrastrukturun genişlənməsi nəticəsində tribunaların tutumu 1 500 yer artırılaraq 20 000-i keçəcək.
Ötənilki yarışı dörd gün ərzində 76 000-dən çox azarkeş canlı izləyib.
Hazırlıq işləri ilə əlaqədar Dənizkənarı Bulvarın bəzi hissələrində müvəqqəti məhdudiyyətlərin tətbiq olunması nəzərdə tutulur.
Qeyd edək ki, Azərbaycan Qran Prisi 19 – 21 sentyabrda keçiriləcək.