
2026-cı ildə Formula 1 üzrə Azərbaycan Qran Prisinin tarixində dəyişikliyin edilməsinin səbəbi açıqlanıb.
"F1 Media"dan Sportnet.az-a verilən məlumata görə, bu qərar Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin və müvafiq dövlət qurumlarının xahişi ilə qəbul olunub.
Formula 1 və Beynəlxalq Avtomobil İdmanı Federasiyasının (FIA) razılığı ilə Azərbaycan Qran Prisi 27 sentyabrdan 26 sentyabra keçirilib.
Bütün komandalar bu dəyişiklik barədə məlumatlandırılıb.
Beləliklə, Azərbaycan Qran Prisində əsas yürüş bazar günü yox, şənbə günü olacaq.
Qeyd edək ki, Azərbaycanda 20 sentyabr Dövlət Suverenliyi Günü, 27 sentyabr Anım Günü kimi qeyd olunur.
Bu il Azərbaycan Qran Prisi 17 - 19 sentyabrda olacaq.