1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Formula 1 bolildlərində dəyişiklik
2018-ci ildən Formula 1 bolidlərində "Halo” təhlükəsizlik sistemindən istifadə olunacaq.
Sportnet.az-ın məlumatına görə, bununla bağlı Beynəlxalq Avtomobil Federasiyasının (FİA) İsveçrənin Ceneverə şəhərində keçirilən Starteji Qrupunun iclasında qərar qəbul olunub. Məqsəd qəzalar zamanı pilotların başını ciddi xəsarətlərdən qorumaqdır.
Formula 1 üzrə dünya çempionatında iştirak edən 10 komandadan 9-u "Halo” sisteminə qarşı səs versələr də, FİA rəhbərliyi təhlükəsizlik tədbirlərini əsas tutaraq, onların fikirlərinə məhəl qoymayıb.
"Halo” ilə bağlı yekun qərar FİA-nın Ümumdünya Şurasında çıxarılacaq.
Qeyd edək ki, 2018-ci ildə Formula 1 üzrə Azərbaycan Qran Prisi 27 – 29 apreldə keçiriləcək.