Avstriyanın "Red Bull” komandasının pilotu Daniel Rikkardo "Formula 1” üzrə Azərbaycan Qran Prisində ikinci sərbəst yürüşdə ən yaxşı göstəriciyə imza atıb.
Sportnet.az xəbər verir ki, avstraliyalı pilot 1 saat 43 dəqiqə 51 saniyə göstərici ilə rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, aprelin 28-də saat 14:00 - 15:00-da üçüncü sərbəst yürüş, 17:00 - 18:00-da isə sıralama turu olacaq. Ertəsi gün saat 14:40 - 15:10-da pilotların trek paradı keçiriləcək. Saat 15:56-da Azərbaycan Respublikasının Dövlət himni səsləndiriləcək. Saat 16:10-da isə "Formula-1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinə start veriləcək. Yarış 51 dövrə və ya 120 dəqiqəni əhatə edəcək.
Xatırladaq ki, Daniel Rikkardo 2017-ci il Azərbaycan Qran Prisinin qalibidir.