"Şahdağ" Turizm Mərkəzində təşkil edilən xizək alpinizmi üzrə Dünya Kubokuna yekun vurulub.
Sportnet.az xəbər verir ki, son gündə fərdi növdə mübarizə aparan iştirakçılar medallar və diplomlarla təltif olunublar.
Qadınlar
1. Mollaret Aksel Qaçet (Fransa)
2. Emili Harrop (Fransa)
3. Yohanna Hiemer (Avstriya)
Kişilər
1. Bonnye Remi (İsveçrə)
2. Samuel Equy (Fransa)
3. Tibolt Anselmet (Fransa)
Mükafatlandırma mərasimində Beynəlxalq Xizək Alpinizm Federasiyasının baş katibi Cordi Kanals Xizək Alpinizmi üzrə Dünya Kubokunun yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Azərbaycan Qış İdman Növləri Federasiyasının (AQİNF) prezidenti Fuad Nağıyevə təşəkkürünü bildirib.
Qeyd edək ki, yarış Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, AQİNF-nin və “Şahdağ” Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilib.
Yarışda 26 ölkədən - Azərbaycan, Türkiyə, Belçika, Bolqarıstan, Kanada, Çin, Avstriya, Andora, İspaniya, Çexiya, Fransa, Almaniya, İran, Qazaxıstan, Niderland, Norveç, Polşa, Qətər, Slovakiya, ABŞ, Böyük Britaniya, Yunanıstan Sloveniya və Fərdi Neytral İdmançılar (AİN) olmaqla 130-a yaxın idmançı iştirak edib.
Xizək Alpinizmi üzrə Dünya Kuboku 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün təsnifat yarışlarından biri hesab edilir.