
Azərbaycanın buzüstü hokkeyçilərdən ibarət "Ocaq Sport" komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş beynəlxalq "Galaxy Cup" turnirində çıxış edib.
Sportnet.az-ın məlumatına görə, "Ocaq Sport" 6 komanda arasında 3-cü yeri tutub.
Qapıçı İlkin Qəmbərov isə ən yaxşı oyunçu adına layiq görülüb.
Qeyd edək ki, bu, Azərbaycan komandasının qatıldığı ilk beynəlxalq turnir idi.