Avstriyalı xizəkçi Maks Haukenin həbs videosu yayılıb.
Sportnet.az xəbər verir ki, “YouTube”dəki vol.at kanalında yer alan görüntülərdə 27 yaşlı idmançının qan verən yerdə tutulması əksini tapıb.
Qeyd edək ki, fevralın 27-də Avstriyanın Zeefeld şəhərində keçirilmiş dünya çempionatında anti-dopinq reydi zamanı 5 xizəksürən həbs olunub. Maks Haukedən başqa, onun həmyerlisi Dominik Baldauf, qazaxıstanlı Aleksey Poltoranin, eləcə də estoniyalılar – Karel Tammyarv və Andreas Verpalu saxlanılıb.