Estoniyanın paytaxtı Tallində fiqurlu konkisürmə üzrə Avropa çemionatı start götürüb.
Sportnet.az-ın məlumatına görə, yarışda Azərbaycanı 4 idmançı təmsil edir.
İlk gündə Vladimir Litvintsev qüvvəsini sınayıb. Qısa proqramda 83,46 xal toplayan konkisürən 7-ci yeri tutub. O, yanvarın 14-də sərbəst proqramda çıxış edəcək.
Qeyd edək ki, Avropa çempiontında Azərbaycan konkisürənlərindən Yekaterina Ryabova şəxsi, Yekaterina Kuznetsova – Aleksandr Kolosovski dueti isə cütlüklərin yarışında mübarizə aparacaq.