
"Neftçi"nin "Kəpəz"lə keçirdiyi Topaz Premyer Liqasının ilk tur matçından sonra xoşagəlməz olay baş verib. Sportnet.az-ın məlumatına görə, yerli fanatlaq qonaq komandanın avtobusunu daşa basıblar.
Nəticədə avtobusun şüşəsi sınıb. Hadisəni törədənin kimliyi bilinmir.
Qeyd edək ki, görüş qolsuz tamamlanıb.