Azərbaycan taekvondoçusu İmran Hüseynovun atası Əlağa Hüseynov xüsusi amansızlıqla qətlə yetirilib.
Sportnet.az xəbər verir ki, hadisə sentyabrın 13-də Şamaxı-Pirqulu yolunun Əngəxaran kəndi ərazisindən keçən hissəsində baş verib.
1995-ci il təvəllüdlü Elbrus Şeydayev yolun kənarında qayınatası Əlağa Hüseynov və qayınanası 1Püstə Hüseynovaya kəsici-deşici alətlə müxtəlif xəsarətlər yetirdikdən sonra özünə məxsus avtomobillə Ə.Hüseynovun üzərindən keçib. Sonuncu hadisə yerində dünyasını dəyişib.
Püstə Hüseynova isə xəstəxanaya yerləşdirilib, hazırda müalicəsi davam etdirilir. Vəziyyəti ağırdır.
Elbrus Şeydayev iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.