Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatı davam edir.
Sportnet.az xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşçilər mübarizəyə qoşulub.
Azərbaycan millisi 5 çəkidən 3-də təmsil olunub. Hər 3 idmançımız ilk qarşılaşmasında məğlub olub.
Elnurə Məmmədova (50 kq) 1/8 finalda Umi İto (Yaponiya) ilə qarşılaşıb. Görüş rəqibin 12:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Gültəkin Şirinova (55 kq) startda qırğızıstanlı Aruuke Kadirbek Kiziyə 5:9 hesabı ilə uduzub.
Gülər Məmmədova (59 kq) 1/8 finalda hindistanlı Anjli Anjli ilə güləşib və 0:10 hesabı ilə məğlub olub.
Qeyd edək ki, mundialda yeganə bürünc medalı hələlik yunan-Roma güləşçisi Nihat Quluzadə (60 kq) qazanıb. Rəşad Məmmədov (55 kq) adını finala yazdırıb, Xasay Həsənli (77 kq) isə 3-cü yer uğrunda gücünü yoxlayacaq.
Dünya çempionatına oktyabrın 27-də yekun vurulacaq.