Azərbaycanın güllə atıcısı Vladislav Kalmıkov Almaniyanın Münhen şəhərində keçirilən "2025 H&N" Kubokunda daha bir medal qazanıb.
Sportnet.az-ın məlumatına görə, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçmada (start-2) gümüş mükafat əldə edib. Kalmıkov 236.0 xalla ikinci olub.
Qeyd edək ki, Vladislav Kalmıkov daha əvvəl bürün mükafat da qazanıb. Leyli Əliyeva isə pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 213.9 xal toplayaraq bürünc medala yiyələnib.