Beynəlxalq Cüdo Federasiyasının bayrağı altında çıxış edəcək komanda fevralın 14-16-da Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirində mübarizə aparacaq.
Sportnet.az xəbər verir ki, kollektivin heyətində 12 idmançı yer alacaq.
Onlardan ən titullusu 2026-cı il olimpiadasının bürünc mükafatçısı Tamerlan Başayevdir (+100 kq).
O, keçən il Abu Dabidə keçirilən dünya çempionatında da 3-cü yeri tutub.
Başayev Bakıdakı "Böyük Dəbilqə" yarışlarında da fəxri kürsüyə qalxıb: 2023-cü ildə o, bürünc mükafatçı olub.