
Xorvatiyanın Poreç şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycan təmsilçisi Aysun Məmmədova qızıl medalın sahibi olub.
52 kq çəki dərəcəsində tatamiyə çıxan idmançı müvafiq olaraq Moldova, İsveç, Kanada və Bosniya-Herseqovinadan olan rəqiblərini üstələyərək finala yüksəlib. Həlledici görüşdə İsveçrə cüdoçusu Lya Monneyi məğlub edən Aysun Məmmədova millinin aktivinə ilk medalı yazdırıb.
Qeyd edək ki, Azərbaycan yarışda 5 çəki dərəcəsində 14 qız cüdoçu ilə təmsil olunur. Avropa Kubokunda 37 ölkədən 813 idmançı iştirak edir.