
Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bu gün Azərbaycanın iki cüdoçusu mübarizə aparacaq.
Sportnet.az xəbər verir ki, onlardan biri kişilərin, digəri qadınların yarışına qatılacaq.
Bunlar 73 kq çəki dərəcəsində yer alan Rəşid Məmmədəliyevlə 57 kq çəkidəki Fidan Əlizadədir. Hər iki cüdoçu mübarizəyə 1/16 final mərhələsindən başlayacaq:
73 kq
Rəşid Məmmədəliyev - Benjamin Levi (Böyük Britaniya)
57 kq
Fidan Əlizadə - Anastasiya Sokiryanska (Latviya)
Məmmədəliyev yarış öncəsi xəstələndiyi üçün heyətdən çıxarılan olimpiya, dünya və Avropa çempionu Hidayət Heydərovu əvəzləyib.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 5 cüdoçusundan yalnız Əhməd Yusifzadə medal qazana bilib. 60 kq çəkidə yer alan Yusifzadə bürünc medala sahib olub.