
Özbəkistanın yeniyetmə boksçuları Bakıya gəlib.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, Bahadır Calolov adına boks üzrə ixtisaslaşmış idman məktəbinin yığma komandası təlim-məşq toplanışına qatılacaq.
Qonaq komanda Bakı Boks Mərkəzində Azərbaycan millisi ilə birgə hazırlıq keçəcək. Toplanışa gələn həftə Gürcüstan millisi də qoşulacaq.
Məşqlər Bakıda təşkil olunacaq “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinə hazırlıq xarakteri daşıyır.
Qeyd edək ki, tur 16 - 21 mayda təşkil olunacaq.