Azərbaycan cüdoçusu Camal Qamzatxanov Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirində gümüş medal qazanıb.

 

Sportnet.az xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yarışan Qamzatxanov həlledici görüşdə yerli Temur Raximova məğlub olub.

 

Eyni çəki dərəcəsində Kənan Nəsibov isə bürünc medal uğrunda qarşıdurmada Özbəkistan təmsilçisi Utkirbek Turoboyevə uduzub.

 

Qeyd edək ki, Azərbaycan cüdoçuları turniri daha öncə 2 qızıl və 1 gümüş medal əldə edib. Beləliklə, milli komanda Böyük Dəbilqəni 2 qızıl, 2 gümüş medalla ikinci pillədə başa vurub. İlk yeri isə 4 qızıl, 3 gümüş, 4 bürünc medalla Tacikistan tutub. 

 

------------------------

 

Azərbaycanın daha bir cüdoçusu Tacikistanın paytaxtı Düşənbədə keçirilən Böyük Dəbilqə turnirinin qalibi olub.

 

Sportnet.az xəbər verir ki, 90 kq çəki dərəcəsində yarışan Elcan Hacıyev finalda digər Azərbaycan təmsilçisi Vüqar Talıbovu üstələyərək qızıl medal sahibi olub.

 

100 kq-dan yuxarı çəkidə Camal Qamzatxanov həlledici görüşdə Tacikistan təmsilçisi Temur Raximov olacaq. Eyni çəkidə yarışan Kənan Nəsibov isə bürünc medal uğrunda özbəkistanlı Utkirbek Turoboyevlə qarşılaşacaq.

 

Qeyd edək ki, 60 kq-da mübarizə aparan Balabəğ Ağayevin də aktivində qızıl medal var.