
Azərbaycan Boks Federasiyası (ABF) ilə Özbəkistanın Bahadır Calolov adına İxtisaslaşmış Boks Akademiyası arasında əməkdaşlıqla bağlı Anlaşma Memorandumu imzalanıb.
Bu barədə Sportnet.az-a ABF-dən məlumat verilib.
Memorandumu federasiyanın baş katibi Nağı Səfərov və Akademiyanın direktoru Akbar Urazbayev imzalayıblar.
Əməkdaşlıqda tərəflər arasında təcrübə mübadiləsi, birgə təlim-məşq toplanışları və yarışlara hazırlıq nəzərdə tutulub.