
UFC döyüşçüsü Castin Qeyci təşkilatın boş qalan yüngül çəkidə çempionluq kəməri uğrunda döyüşü İliya Topuriya və Çarlz Oliveyra arasında təşkil etmək qərarından narazı qalıb.
Sportnet.az xəbər verir ki, bu barədə UFC şərhçisi Con Anik şəxsi podkastında deyib.
"Bu həftə Qeyci ilə danışdım. O, çox qəzəbli idi. Castin titul uğrunda mübarizədə onun üzərindən Oliveyranın xeyrinə keçildiyini düşünür. Görünən odur ki, indi Qeyci və meneceri UFC rəhbərliyindən növbəti döyüşdə Castinin olacağını təmin etməyə çalışırlar", - deyə Anik vurğulayıb.
Oliveyra və Topuriya iyunun 29-da UFC-317 turnirində İslam Mahaçevin imtina etdiyi kəmər uğrunda döyüşəcəklər.
Qeyd edək ki, İslam Mahaçev çəki dərəcəsini yüngüldən orta yüngülə dəyişib.
Castin Qeyci son döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyevi məğlub edib.