
UFC sabiq yarım ağır və ağır çəki dərəcələrinin kəmər sahibi Con Consun karyerasını bitirməsindən sonra yeni reytinq cədvəlini tərtib edib.
Sportnet.az xəbər verir ki, çəki dərəcələrindən asılı olmadan hazırlanan siyahıya dağıstanlı İslam Mahaçev başçılıq edir.
İkinci pillədə gürcü Merab Dvalişvili, üçüncüdə isə İspaniyanı təmsil edən, əslən gürcü İlya Topuriya qərarlaşıb.
Azərbaycanlı Rafael Fiziyevin yüngül çəki dərəcəsindəki mövqeyi dəyişməz qalıb. O, 11-ci sıradadır.
Qeyd edək ki, iyunun 21-də Bakıda keçirilən "UFC Döyüş Gecəsi"ndə Rafael Fiziyev çilili İqnasio Baxamondesi hakimlərin yekdil qərarı ilə məğlub edib. Azərbaycanın digər təmsilçilərindən Nazim Sadıxov braziliyalı Nikolas Mottanı nokaut edib, Tofiq Musayev isə qırğız Mıktıbek Oralbaya ağrıdıcı fənddən sonra təslim olub. Turnirin yekununda təşkil olunan mətbuat konfransında UFC-nin prezidenti Dana Uayt Con Consun karyerasını bitirdiyini açıqlayıb.