
Slovakiyanın paytaxtı Bratislavada keçirilən gənclər arasında Avropa çempionatının ikinci yarış günündə Azərbaycanın 2 cüdoçusü tatamiyə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, Əbil Yusubov 73 kq, Süleyman Şükürov 81 kq çəki dərəcəsində çıxış edəcək.
Hər iki idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayacaq:
Avropa çempionatı
5 avqust
73 kq
1/16 final: Əbil Yusubov – Georqios Kotsaxristos (Yunanısta)
81 kq
1/16 final: Süleyman Şükürov – Duşan Qraxovac (Sloveniya)
Təsnifat mərhələsinin görüşləri Bakı vaxtı ilə saat 12:30-da, medal qarşılaşmaları isə 17:30-da başlayacaq.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycan cüdoçularından Nihad Məmişov (60 kq) və Məhəmməd Musayev (66 kq) qızıl, Nizami İmranov (66 kq) bürünc medal qazanıb.