
III MDB Oyunlarında Azərbaycan daha bir medal qazanıb.
Sportnet.az xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən güllə atıcılığı üzrə yarışda Xanna Əliyeva gümüş medala sahib olub.
O, 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçmada ikinci yeri tutub.
Rusiyalı Darya İsakova qızıl, qazaxıstanlı Valeriya Popelova bürünc mükafata yiyələnib.