
ABŞ prezidenti Donald Tramp onun Ağ Evdəki rəsmi iqamətgahı ərazisində keçiriləcək UFC turnirinin tarixini açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə Tramp ölkənin Hərbi Dəniz Qüvvələrinin şərəfinə təşkil olunmuş paraddakı çıxışı zamanı bildirib.
O, UFC döyüş gecəsinin 2026-cı il iyunun 14-də təşkil olunacağını bəyan edib.
Həmin gün Donald Tramp 80 illik yubileyini qeyd edəcək. Bu tədbirdə çıxış etmək arzusunu irlandiyalı Konor Makqreqor, ABŞ döyüşçüsü Con Cons, gürcüstanlı Merab Dvalişvili, ispan-gürcü əsilli İliya Topuriya, çeçen Hamzat Çimayev və digər UFC döyüşçüləri bəyan ediblər.