
Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan milli komandası dünya çempionatının son hazırlıq mərhələsini tamamlayıb.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, yığma Quba Olimpiya İdman Kompleksində 11 günlük təlim-məşq toplanışında iştirak edib.
Baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi ilə keçirilən hazırlıq prosesi 24 - 30 oktyabrda Çinin Uşi şəhərində təşkil olunacaq dünya çempionatına hazırlığın son mərhələsini təşkil edib.
Qeyd edək ki, dünya çempionatında Azərbaycanı 9 taekvondoçu (7 kişi və 2 qadın) təmsil edəcək.