
Meksikanın Qvadalaxara şəhərində cüdo üzrə Qran-Pri turnirinin püşkatma mərasimi keçirilib.
Sportnet.az-ın məlumatına görə, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib.
Yarışda Azərbaycan ümumilikdə 7 çəki dərəcəsində 11 idmançı ilə təmsil olunacaq. Turnirdə 33 ölkədən 231 cüdoçu (142 kişi, 89 qadın) iştirak edəcək.
Qvadalaxara Qran-Prisinin təsnifat mərhələsinin görüşlərini bu gün Bakı vaxtı ilə saat 23:00-dan, final blokunu isə sabah 04:00-dan etibarən canlı olaraq JudoTV.com saytından Azərbaycan dilində şərhlə izləyə bilərsiniz.
Kişilər
-60 kq, 1/8 final
Əhməd Yusifov – İsrael Kruzalta (Meksika)
Balabəy Ağayev – Maksim Merlin (Fransa)
-66 kq, 1/16 final
Yaşar Nəcəfov – Georgios Balarcişvili (Kipr)
-66 kq, 1/8 final
Ruslan Paşayev – Romarik Vend-Yam Buda (Fransa) / Finley Allan (Böyük Britaniya) cütünün qalibi
-73 kq, 1/8 final
Hidayət Heydərov – Valtteri Olin (Finlandiya)
Rəşid Məmmədəliyev – Ulises Mendez (Meksika)
-81 kq, 1/16 final
Vüsal Qələndərzadə – Xorxe Perez (Çili)
-81 kq, 1/8 final
Zelim Tçkayev – Xose Mariya Mendiola İskyeta (İspaniya) / Hilberto Kardoso (Meksika) cütünün qalibi ilə
-90 kq, 1/8 final
Murad Fətiyev – Aaron Santamariya Rodriqes (İspaniya)
-100 kq, 1/8 final
Zelim Kotsoyev – İosif Simin (İsrail)
+100 kq, 1/8 final
Uşanqi Kokauri – Marven Qado (Monako)