
Kanadanın Vankuver şəhərində "UFC Fight Night 262" turniri keçirilib.
Sportnet.az xəbər verir ki, gecənin əsas döyüşü orta çəki dərəcəsində niderlandlı Renye de Ridderlə amerikalı Brendan Allen arasında baş tutub.
Gərgin keçən qarşılaşma vaxtından əvvəl başa çatıb - de Ridder beşinci raunda çıxmaqdan imtina edib və nəticədə Allen texniki nokautla qalib elan olunub.
Qeyd edək ki, bu döyüşdə əvvəlcə de Ridderin rəqibi Entoni Ernandes olmalı idi, lakin o, zədə səbəbindən turnirdən kənar qalıb.