Keçmiş dünya çempionu Entoni Coşuanın komanda üzvləri ilə birlikdə olduğu Lexus markalı avtomobilin yol-nəqliyyat hadisəsinə düşməsinin səbəbi məlum olub.
Sportnet.az-ın xəbərinə görə, bu barədə Nigeriya Yol Hərəkətinə Nəzarət və Təhlükəsizliyin Təminatı Korpusunun (TRACE) polis komandiri Babatunde Akinbiyi "Metro" nəşrinə məlumat verilib.
İlkin araşdırmanın nəticələri göstərir ki, avtomobil Lagos–Saqamu şossesi ilə yüksək sürətlə hərəkət edərkən təkəri partlayıb. Nəticədə sürücü idarəetməni itirib və avtomobil yol kənarında hərəkətsiz vəziyyətdə olan yük maşınına çırpılıb.
Xatırladaq ki, qəza nəticəsində keçmiş ağır çəkidə dünya çempionunun uzun illər fiziki hazırlıq üzrə məşqçisi olmuş Sina Qami və şəxsi məşqçisi Kevin Latif Ayodele (Lats) həlak olublar. Hər iki şəxs Coşuanın yaxın dostları olub.













































































