Kişilərdən ibarət Azərbaycan milli komandası qarşıdakı beynəlxalq yarışlara hazırlığını Bakıda davam etdirir.
Ə
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, təlim-məşq toplanışında ev sahibi yığma ilə yanaşı Özbəkistan, Türkiyə, İtaliya, Slovakiya və İsraildən olan cüdoçular da iştirak edirlər.
Qeyd edək ki, idmançılar 31 yanvar – 1 fevralda Belçikada keçiriləcək Beynəlxalq Açıq Turnirdə, 7–8 fevralda isə Fransada təşkil olunacaq Paris Böyük Dəbilqəsində qüvvələrini sınayacaqlar.



































































































