Özbəkistanın paytaxtı Daşkənddə start götürən Böyük Dəbilqə turnirində Azərbaycanın iki cüdoçusu finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, bu, 60 kq çəki dərəcəsində gerçəkləşib.
Əhməd Yusifov və Balabəy Ağayev bütün rəqiblərini məğlub edərək, həlledici görüşdə bir-birilərinə rəqib olublar.
Bu isə o deməkdir ki, Azərbaycan ilk yarış günündə 1 qızıl və 1 gümüş medal qazanıb.
66 kq çəkidə Turan Bayramov və Nizami İmranov 1/8 finalda uduzub.
Qadınların mübarizəsində isə 48 kq çəkidə Şəfəq Həmidova bürünc medal görüşünə vəsiqə uğrunda qarşılaşmada uduzaraq, 7-ci yerlə kifayətlənib.















































































