Cüdo üzrə Azərbaycan milli komandası Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqəni 7 medalla başa vurub.
Sportnet.az-ın məlumatına görə, medallardan 4-ü qızıl, 1-i gümüş, 2-si bürünc əyarlı olub.
İlk yarış günündə Əhməd Yusifov (60 kq) qızıl, Balabəy Ağayev (60 kq) gümüş, ertəsi gün Ömər Rəcəbli (81 kq) qızıl medal qazanıb.
Bu gün isə Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) qızıl, Zelim Kotsoyev (100 kq) və Camal Qamzatxanov (+100 kq) bürünc medala yiyələnib.
Beləliklə, Azərbaycan millisi ümumi komanda hesabında 39 ölkə arasında Yaponiyadan (4 qızıl, 3 gümüş, 7 bürünc medal) sonra ikinci, kişilərin yarışında 1-ci yeri tutub.









































































