Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən boks üzrə “Strandja” beynəlxalq turnirində daha bir medalı rəsmiləşdirib.
Federasiyanın mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Bilalhəbaşi Nəzərov (50 kq) fəxri kürsüyə yüksəlib.
O, yarışı gümüş medalla başa vurub.
Beləliklə, milli turniri 2 mükafatla bitirib. Daha öncə Malik Həsənov (65 kq) üçüncü yeri tutub.









































































