Bu gün Avstriyanın Lints şəhərində cüdo üzrə Qran-Pri turniri start götürəcək.
Sportnet.az xəbər verir ki, ilk yarış günündə Azərbaycanın iki çəki dərəcəsində 3 cüdoçusu mübarizə aparacaq.
Kişilər
60 kq, 1/8 final
Murad Muradlı – Maksim Taran ????????
66 kq, 1/16 final
Ruslan Paşayev – Eran Fiks ???????? / Yusuf Nurkoviç ???????? cütünün qalibi ilə
İslam Rəhimov – Andreas Prokop ???????? / Alessio De Luka ???????? cütünün qalibi ilə
Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 12:00-dan “JudoTV”də, final bloku saat 20:00-dan “CBC Sport”da yayımlanacaq.














































































