Azərbaycanın MMA döyüşçüsü Tofiq Musayev növbəti döyüşünü keçirib.
Sportnet.az-ın məlumatına görə, ABŞ-nin Sietl şəhərində təşkil olunmuş UFC Fight Night 271 turnirində Musayev Çilidən olan İqnasio Baxamondes ilə üz-üzə gəlib.
Qarşılaşma üçüncü raudda azərbaycanlı idmançının qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, 2025-ci il iyunun 21-də Bakıda keçirilmiş döyüş gecəsində Azərbaycanın daha bir təmsilçisi Rafael Fiziyev də İqnasio Baxamondesə qalib gəlib.










































































