1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Milli komandanın məşqçisi: "Hakimlәrin bәzi haqsızlıqları olmasaydı.."
"Məlum səbəblərə görә bu yarışdan əvvəl keçirilən Avropa birinciliyində iştirak edә bilmәdik. Federasiyanın yeni rəhbərliyinin yaratdığı şәrait nәticәsindә dünya birinciliyinə 4 hәftәlik tәlim-mәşqlә qatıldıq". Sportnet.az-ın məlumatına görə, bu sözləri gənc cüdoçulardan ibarət milli komandanın məşqçisi Fərhad Məmmədov BƏƏ-nin paytaxtı Əbu-Dabidə keçirilən dünya birinciliyinin yekunları haqda danışarkən deyib.
Püşkatmaların reytinqlə aparıldığını bildirən F.Məmmədov Azərbaycan cüdoçularının gәnclәrin yarışlarında iştirak etmәdiklәrinə və bu səbəbdən də reytinqdә aşağı pillәdә oduqlarına görә çәtin rәqiblәrlә düşdüklərini bildirib:
"Buna baxmayaraq, cüdoçularımız yarışda çox gözәl çıxış etdilər. Onların bәzilәri öz sәhvləri, bir çoxları isә hakimlәrin sәhvləri ucbatından uğursuzluğa düçar oldular. Amma buna baxmayaraq, iki idmançımız – Hidayət Heydərov və Firudin Dadaşov bürünc medal qazanmağa nail oldular. Davud Mәmmәdov, Hüseyn Rәhimli və Natiq Qurbanlı isə medala çox yaxın olsalar da, son anda bunu əldən verdilər. Hakimlәrin bәzi haqsızlıqları olmasaydı, medallarımızın sayı әn azı 4-ә çata bilәrdi. Yenә dә bu qısa hazırlıqla idmançılarımız qazandıqları nәticәlәrlə bizi sevindirmәyi bacardılar".
Məşqçinin sözlərinə görə, Avropa birinciliyində iştirak etmədiyi üçün dünya birinciliyinin komanda yarışında iştirak etmәk hüquqları olmayıb: "Federasiya rәhbәrliyinin yeni təyin olunmasına baxmayaraq, yaradılan gözәl şәrait biz mәşqçilәr vә idmançılar tәrәfindәn artıq hiss olunmaqdadır. Çalışacağıq ki, rəhbərləyinin etimadını gələcək yarışlarda doğurldaq".