Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirə yekun vurulub. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandası 1 qızıl, 2 gümüş ve 1 bürünc medala sahib olub.
56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev finalda Böyük Britaniya təmsilcisi Aşfaq Qaisdadı məğlub edərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Kamran Şahsuvarlı (75 kq) finalda fransalı Kristian Mbilliyə uduzub. Lorenso Sotomayor (64 kq) da 2-ci yere layiq gorulub. Kuba əsilli boksçu finalda qazaxıstanlı Ablayxan Yussupova məğlub olub.
Teymur Məmmədov (81 kq) isə yarimfinalda mübarizəni dayandıraraq, bürünc medalla kifayətlənib.