SOCAR və Beynəlxalq Cüdo Federasiyası (İJF) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sportnet.az-ın İJF-nin rəsmi saytına istinadən məlumatına görə, müqavilə Macarıstanın paytaxtı Budapeştdə SOCAR və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevlə Marius Vizer arasında bağlanılıb.
Anlaşma 4 il müddətinə nəzərdə tutulub.