1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cüdoçumuz Panamerika çempionu oldu - FOTOLAR
Perunun paytaxtı Limada cüdo üzrə Panamerikanın açıq çempionatı keçirilir. Sportnet.az-ın məlumatına görə, yarışın ilk günü Azərbaycan milli komandasının tatami üzərinə çıxan hər 3 üzvü medal qazanıb.
60 kq çəki dərəcəsində çıxış edən Vüqar Şirinli bütün rəqiblərindən güclü olub. O, finalda tatami sahibi – Juan Postiqos üzərindəki təmiz qələbəsiylə mötəbər turnirin qızıl medalını qazanıb. Bu çəkidə çıxış edən digər çüdoçumuz Elbrus Zamanov da uğur qazanıb. Zamanov kanadalı idmançı Sergio Pessoanı məğlub edərək bürünc medala sahib olub.
48 kq çəki dərəcəsəində mübarizə aparan Aişə Qurbanlı də mükafatsız qalmayıb. Qurbanlı milli komandamızın aktivinə daha bir bürünc medal yazdırıb.
Qeyd edək ki, 2 gün davam edəcək yarışda 60 ölkədən 288 (172 kişi, 116 qadın) cüdoçu mübarizə aparır.