Bolqarıstanın Ruse şəhərində güləş üzrə U-23 Avropa çempionatı başa çatıb. Sportnet.az-ın məlumatına görə, y
arışların son günündə 61 kq, 70 kq, 86 kq və 125 kq çəki dərəcələrində sərbəst güləşçiləri yarışıb. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurub.
61 kq-da mübarizə aparan Zəlimxan Vəliyev ilk olaraq Türkiyədən Selim Kozan üzərində inamlı qələbə qazanıb. Ardınca Almaniya təmsilçisi Manuel Volferi üstələyən güləşçimiz yarımfinala yüksəlib. Yarımfinalda yerli idmançı Dimitar İvanova uduzan Vəliyev bürünc medal şansını saxlayıb. Həlledici görüşdə güləşçimiz Ukrayna təmsilçisi Vadim Duxnodan üstün olub və çempionatın bürünc medalını qazanıb.
70 kq çəki drəcəsində mübarizə aparan Hacımurad Ömərov bütün görüşləri qələbə ilə başa vuraraq finala yüksəlib. Final yolunda güləşçimiz Gürcüstandan Davit Buziaşvili, Moldovadan Nicolai Çireacov, yarımfinalda isə Ukraynadan Vasil Mixailov üzərində qələbə qazanıb. Son görüşdə Ömərovun rəqibi Rusiyada Rasul Arsanaliev olub. Gərgin keçən qarşılaşmada güləşçimiz zədələnsə də görüşü sona qədər davam etdirib. Minimal fərqlə rəqibinə uduzan Hacımurad Ömərov çempionatın gümüş medalına sahib olub.
61 kq
1/8 final - Selim Kozan (TUR) - Zəlimxan Vəliyev 0:4
1/4 final - Zəlimxan Vəliyev - Manuel Volfer (GER) 7:4
1/2 final - Dimitar Lyubomirov İvanov (BUL) - Zəlimxan Vəliyev 12:1
Bürünc medal görüşü - Vadim Duxno (UKR) - Zəlimxan Vəliyev 4:6
70 kq
1/8 final - Hacımurad Ömərov - Davit Buziaşvili (GEO) 4:2
1/4 final - Hacımurad Ömərov - Nicolai Çireacov (MDA) 12:2
1/2 final - Hacımurad Ömərov - Vasil Mixailov (UKR) 6:5
FİNAL - Hacımurad Ömərov - Rasul Arsanaliev (RUS) 9:11
86 kq
1/8 final - Aliaksandr Huştin (BLR) - Hacımurad Məhəmmədsəidov 6*:6
125 kq
1/8 final - Andrei Nikolaev (MDA) - Səid Həmidov 0:10 (107 san)
1/4 final - Səid Həmidov - Yunus Emre Dede (TUR) 2:3
Qeyd edək ki, Avropa çempionatının beşinci günündə mübarizəyə qoşulan sərbəst güləşçilərimiz günü 2 qızıl və 1 gümüş medalla başa vurub. Mircəlal Həsənzadə (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) qızıl, Murad Süleymanov (74 kq) gümüş medala sahib olub.
Ümumilikdə 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan sərbəst güləş yığmamız 49 xal toplayaraq komanda hesabında Rusiya (64), Gürcüstan (54) və Türkiyədən (51) sonra dördüncü pillədə qərarlaşıb.