1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elvin Mürsəliyev: "Zədələrim də öz sözünü dedi"
"Məşqlərimiz yüksək səviyyədə keçir. Əlimizdən gəldiyi qədər əzmlə məşq edirik ki, olimpiadada yüksək nəticələr qazanaq". Sportnet.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında yunan-Roma güləşi üzrə milli komandanın üzvü Elvin Mürsəliyev deyib.
Olimpiya Oyunlarına lisenziyanı təmin etmiş pəhləvan Avropa çempionatında ağır görüşlər keçirdiyini bildirib: "Qarşıya qoyduğu hədəfə çatmamağıma səbəb vaxt azlığı və psixoloji olaraq tam hazır olmamağım idi. Zədələrim də öz sözünü dedi. Çalışacağam ki, zədələrimi sağaldım, nöqsanları aradan qaldırım və olimpiadada yüksək nəticələr qazanım. Digər yarışlarda zədələnə bilərəm. Ona görə, əsas fikrimi olimpiadaya yönəltmişəm".
Milli komandanın digər üzvü Kamran Məmmədov da zədələrinin olduğunu söyləyib: "Yarışdan yeni çıxmışam, zədələrim çoxdur. Avropa təsnifat turnirinə tam hazırlıqlı olmasam da, məşqçilər korpusu orada mənim iştirakımı məqsədəuyğun hesab edirlər".
O, 15-17 apreldə Serbiyanın Zrenyanin şəhərində Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turnirində iştirak edəcəyi haqda danışıb: "Hazırlığımı yüksək səviyyədə davam etdirib, əlimdən gəldiyincə yaxşı məşq edirəm. Çalışacağam ki, 2012-ci ildə Olimpiya Oyunlarına qazandığım lisenziyanı 2016-cı ildə də əldə edim".