Bakıda keçiriləcək cüdo üzrə "Böyük dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycanı təmsil edəcək 27 kişi və 3 qadın cüdoçunun ilk rəqibləri püşk nəticəsində müəyyənləşib.
İlk yarış günündə onlardan 10-u mübarizəyə qoşulacaq.
60 kq çəki dərəcəsində Avropa vitse-çempionu Orxan Səfərov mübarizəyə 1/32 final mərhələsindən başlayacaq. Onun ilk rəqibi Yaponiya idmançısı Ryuju Naqayama olacaq. İlqar Müşkiyev Nuno Karvalyo (Portuqaliya) - Bekir Özlü (Türkiyə) cütünün qalibi ilə, Vüqar Şirinli Yuho Reynvall (Finlandiya) - Eşli Mkkenzye (Böyük Britaniya) cütünün qalibi ilə, Elbrus Zamanov isə israilli Artyom Arşanski ilə üz-üzə gələcək. Adı çəkilən bütün idmançılar mübarizəyə 1/32 finaldan qoşulacaq.
66 kq çəkidə Orxan Əsgərzadə 1/32 finalda gürcüstanlı Vaja Marqvelaşvili ilə, Tərlan Kərimov polşalı Aleksandr Beta ilə, Famil Məmmədzadə belçikalı Kennet Van Qansbek və sloveniyalı Adrian Qombos cütünün güclüsü ilə, İskəndər Talışinski 1/32 finalda Çia Hunq Çyen (Tayvan) - Andraz Jereb (Sloveniya) cütünün qalibi ilə qarşılaşacaq.
Qadınların yarışında 48 kq çəkidəki Şəfəq Məmmədova 1/16 finalda Türkiyə idmançısı Dilara Lokmanhekimlər, Ailə Qurbanlı isə 1/32 finalda italiyalı Valentina Moskattla görüşəcək.
Qeyd edək ki, görüşlər mayın 6-da keçiriləcək.