1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Tərlan Kərimov bürünc medal qazandı - YENİLƏNDİ
Bu gün Bakıda cüdo üzrə "Böyük dəbilqə" turniri start götürüb. Sportnet.az-ın məlumatına görə, Heydər Əliyev adına İdman Sarayında 3 gün davam edəcək yarışda 76 ölkədən 449 cüdoçu (280 kişi, 169 qadın) qüvvəsini sınayacaq.
Bu yarış 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya baxımından da önəmlidir. 154 min dollar mükafat fonduna malik yarışda hər çəkidə qalib gələn cüdoçular qızıl medalla yanaşı, 5000 dollar pul mükafatına və 500 lisenziya xalına sahib olacaqlar. Finalçılar gümüş medal, 300 lisenziya xalı və 3000 dollar, hər çəkidə üçüncü yeri tutan iki cüdoçu isə bürünc medal, hərəyə 200 lisenziya xalı və 1500 dollar qazanacaqlar.
"Böyük Dəbilqə" Azərbaycan Cüdo Federasiyasının yeni rəhbərliyinin təşkilatçılığı ilə ilk böyük turnir olacaq. Ev sahibi ölkəni 27 kişi və 3 qadın cüdoçu təmsil edəcək.
İlk yarış günündə onlardan 10-u mübarizəyə qoşulur:
48 kq. 1/16 final. Aişə Qurbanlı Valentina Moskatta (İtaliya) qalib gəlib. Lakin 1/8 finalda Qurbanlı Tasiana Limaya (Qvineya-Bissau) uduzaraq, mübarizəni dayandırıb.
48 kq. 1/8 final. Şəfəq Məmmədova Dilara Lokmanhekimə (Türkiyə) 2 dəqiqə 51 saniyəyə ipponla uduzub.
60 kq. 1/16 final. Orxan Səfərov Ryuju Naqayamaya (Yaponiya) cərimə xalları ilə uduzaraq, mübarizəni dayandırıb.
60 kq. 1/16 final. İlqar Müşkiyev Bekir Özlüyə (Türkiyə) qalib gəlib. 1/8 finalda rəqib sloveniyalı Matyaz Trboviç olub. Müşkiyev 66 saniyəyə ipponla qalib gələrək, 1/4 finala yüksəlib. Yarımfinala gedən yolda onun rəqibi Orxan Səfərovu ilk görüşdə məğlub etmiş Ryuju Nakayama (Yaponiya) olub. Nakayamaya Müşkiyev də uduzub. Azərbaycan təmsilçisi bürünc medal uğrunda ilk təsəlliverici görüşdə Diyorbek Urozboyevə (Özbəkistan) də uduzaraq, 7-ci yeri tutub.
60 kq. 1/16 final. Vüqar Şirinli Eşli Makkenziyə (Böyük Britaniya) uduzaraq, mübarizəni dayandırıb.
60 kq. 1/32 final. Elbrus Zamanov Artyom Arşanskiyə (İsrail) uduzaraq, mübarizəni dayandırıb.
66 kq. 1/32 final. Orxan Əsgərzadə Azamat Mukanova (Qazaxıstan) uduzaraq, mübarizəni dayandırıb.
66 kq. 1/16 final. Tərlan Kərimov Aleksandr Betaya (Polşa) qalib gəlib. Növbəti görüşdə Qolan Pollaka (İsrail) da qalib gələn Kərimov 1/4 finalda Suqoy Uriarteyə yenilib. Bürünc medal uğrunda ilk təsəlliverici görüşdə rəqib Elio Verde (İtaliya) olub. Cüdoçumuz qalib gələrək, bürünc medal uğrunda görüşə çıxıb. O, son döyüşündə belçikalı Kennet van Qansbeke ilə üz-üzə gəlib. Qarşılaşmanın əsas hissəsində tərəflər hərəyə bir cərimə xalı alıblar. Xallarda bərabərlik olduğundan, uzatma dəqiqələri təyin olunub. Həmin bölümün 61-ci saniyəsində Kərimov ipponla qələbəyə nail olub.
66 kq. 1/16 final. Famil Məmmədzadə Kennet van Qansbekeyə (Belçika) uduzaraq, mübarizəni dayandırıb.
66 kq. 1/16 final. İskəndər Talışinski Çia Hunq Çyenə (Tayvan) qalib gəlib. Lakin Talışinski 1/8 finalda Mixail Pulyayevə (Rusiya) uduzaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, ilk görüşlər saat 10:00-da, final qarşılaşmaları isə saat 17:00-da başlayacaq. Final mərhələsindən öncə təntənəli açılış mərasimi təşkil olunacaq.