1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Böyük Dəbilqə"də 2 medal - YENİLƏNDİ
Bakıda keçirilən cüdo üzrə "Böyük dəbilqə” turnirinə bu gün yekun vurulacaq. Sportnet.az-ın məlumatına görə, son gündə Azərbaycanın 10 kişi cüdoşusu mübarizə aparıb.
90 kq
Bu çəkidə çıxış edən Tural Səfquliyev ilk mərhələdə mərakeşli İmad Abdallaouini məğlub edib. Cüdoçumuzun növbəti rəqibi monqolustanlı Altabaqana Qantulqadır. Səfquliyev bu görüşdə məğlub olub.
Birinci mərhələdən azad olan Məmmədəli Mehdiyevin rəqibi Saed Moradi (İran) - Hatem Abdel Akper (Misir) cütünün qalibi olub. Təmsilçimiz misirli cüdoçu, ardından polşalı Patrik Çieçomksini məğlub edib və 1/4 finala yüksəlib. Onun rəqibi rusiyalı Kirlill Denisov olacaq. Bu döyüşdən məğlub ayrılan Mehdiyev ilk təsəlliverici görüşə çıxıb. O, əvvəlcə almaniyalı Mark Odentalla üz-üzə gəlib. Qarşılaşma Mehdiyevin 25 saniyəyə ipponla qələbəsi ilə nəticələnib. Onun bürünc medal qarşılaşmasında rəqibi fransalı Aksel Klerge olub. Görüş Klergenin qələbəsi ilə yekunlaşıb. Beləliklə, Mehdiyev 5-ci yeri tutub.
Firudin Dadaşov isə ilk mərhələdəcə almaniyalı Mark Odenthala uduzub.
100 kq
Bu çəkidə artıq 3 idmançımız mübarizəni dayandırıb. Cəlil Şükürov macar Miklos Cirjeniksə, Zelim Kotsoyev böyük britaniyalı Benjamin Fletçerə, Kənan Əbdülxanlı isə xorvat Kumriç Zlatkoya uduzub.
Əsas medal ümidlərimizdən olan Elxan Məmmədov mübarizəyə ikinci mərhələdən qoşulub. Onun rəqibi BƏƏ-ni təmsil edən İvan Remarenkonu məğlub edən gürcü Beka Qviniaşvili olub. Məmmədov gürcü həmkarına məğlub olub.
+100 kq
Ən ağır çəkidə Ayxan Cəfərov rusiyalı Andrey Volkova, Nadir Hüseynov isə braziliyalı David Mouraya uduzub. Digər medal ümidimiz Uşanqi Kokauri ilk mərhələdə belçikalı Benjamin Harmegniesi üstələyib. Kokaurinin növbəti rəqibi ukraynalı Lakim Xammo olub. Kokauri rəqibinə məğlub olub.
Beləliklə, "Böyük dəbilqə"də nailiyyətimiz ilk 2 yarış günündə Azərbaycan cüdoçularının qazandığı 2 medal olub. Həmin medallara Tərlan Kərimovla (66 kq) Rüstəm Orucov (73 kq) sahib çıxıb.