1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Cüdoçularımızdan uğursuz start
Bu gün Qazaxıstanın paytaxtı Almatı şəhərində cüdo üzrə Qran Priyə start verilib. Sportnet.az-ın məlumatına görə, ilk yarış günündə Azərbaycanın 5 cüdoçusu döşək üzərinə çıxıb.
Yeganə qadın idmançı Aişə Qurbanlı 48 kq çəkidə mübarizəyə 1/16 finaldan qoşulub. İlk görüşdə İndoneziya təmsilçisi Terri Kusumaşardani Susantini məğlub edən A.Qurbanlı 1/8 finalda fransalı Laetitia Payetlə bacarmayıb.
60 kq çəkidə kişilərin yarışında Azərbaycanın iki cüdoçusu mübarizə aparıb. Sadiq Məhərrəmov ilk mərhələdə misirli Ahmed Abelrahmanla üz-üzə gəlib. Təmsilçimiz görüşü məğlubiyyətlə başa vurub. 1/16 finala yüksəlmək üçün ABŞ idmançısı Aaron Kunihironu üstələyən Vüqar Şirinli bu mərhələdə qazaxıstanlı Kiliş Yerenkaiypovu yenə bilməyib.
66 kq-da çıxış edən Tərlan Kərimov 1/16 finalda məğlubiyyətlə üzləşib. O, Qazaxıstan idmançısı Azamat Mukanovu məğlub edə bilməyib. İskəndər Taışınski isə 1/8 finalda yaponiyalı Joşiro Maruyamadan güclü ola bilməyib.
Qeyd edək ki, mayın 14-də 73 kq-da Vüqar Bayramov, Fəqan Quluzadə, 81 kq çəkidə isə Ceyhun Babakişiyev və Əbdülhəqq Rəsullu mübarizəyə qoşulacaq.