1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İkinci gün iki məğlubiyyət
Qazaxıstanın paytaxtı Almatı şəhərində keçirilən cüdo üzrə Qran Pridə bu gün Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə qoşulur. Sportnet.az-ın məlumatına görə, artıq 81 kq çəkidə çıxış edən iki cüdoçu çıxışını dayandırıb.
Əbdülhəqq Rəsullu ilk mərhələdə fransalı Alain Skmittə məğlub olub. Ceyhun Babakişiyev isə gücrüstanlı Levan Quqavanı keçə bilməyib.
73 kq-da Vüqar Bayramov ispaniyalı Kiyoşi Uematsu ilə üz-üzə gələcək. Fəqan Quluzadənin rəqibi isə polşalı Damian Şarnovieçki olacaq. Hər iki idmançı mübarizəyə 1/16 final mərhələsindən başlayacaq.
Qeyd edək ki, yarışın ilk günündə qadın cüdoçu Aişə Qurbanlı (48 kq), kişilərdə isə Sadiq Məhərrəmov, Vüqar Şirinli (hər ikisi 60 kq), Tərlan Kərimov və İskəndər Talışınski (66 kq) məğlubiyyətlə üzləşib.