"Artıq 15 gündür ki, Kuba yığma komandası ilə birgə məşq keçirik. Çox gözəl proqram var və hər şey ürəyimizcədir". Bunu Sportnet.az-a açıqlamasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə 97 kq çəkidə Azərbaycanı təmsil edəcək Xetaq Qazyumov deyib.
Məşq prosesindən razılığını ifadə edən 33 yaşlı pəhləvan indiyədək idmanda qalmağının səbəbini açıqlayıb: "Bu yaşa qədər idmanda qalmağımı şərtləndirən amil məhz Olimpiya çempionluğudur və mən də buna çalışıram. İdmançı olaraq ən böyük arzum Olimpiya çempionu adını qazanmaqdır. Bu yaşa qədər idmanda olmağımın səbəbi də budur".
"Bakı 2015" I Avropa Oyunlarının qızıl medalçısı Rio-2016-dakı rəqiblərini dəyərələndirb: "Hamısı güclü rəqiblərdir. Hər hansını fərqləndirmək istəməzdim. 19 rəqibin hamısı mənim üçün ciddi sayıla bilər. Azarkeşlərin dəstəkləri, hardasa gördükdə yaxınlaşıb şəkil çəkdirməkləri mənə böyük qürur hissi verir. Çalışıram ki, bunun qarşılığını verim".
Sahib ƏSƏDBƏYLİ
Yazı AFFA yanında Media Komitəsinin dəstəyilə hazırlanıb.