1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dünya Kubokunda uğursuz start
ABŞ-ın Los-Anceles şəhərində sərbəst güləşi üzrə böyüklər arasında Dünya Kubokuna start verilib. Sportnet.az-ın məlumatına görə, yarışda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, İran, Türkiyə, Gürcüstan, Monqolustan və Hindistan güləşçiləri iştirak edir.
Püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, ABŞ və Hindistan komandaları ilə B qrupunda mübarizə aparır. A qrupunda isə, Rusiya, Türkiyə, Gürcüstan və Monqolustan komandaları qüvvələrini sınayır.
İlk 2 görüşündə millimiz İran və ABŞ yığmalarına yenilib. Bununla da medal şanslarını itirən komandamız ən yaxşı halda qrup 3-cülüyü uğrunda mübarizə apara bilər. Bunun üçün Bakı vaxtı ilə saat 21:30-da başlanacaq qarşılaşmada Hindistanı yenmək lazımdır:
İran - AZƏRBAYCAN 5:3
57 kq. Hassan Rahimi - Mahmud Məhəmmədov 11:1
61 kq. Behnam Ehsanpur - Əhmədnəbi Qvarzatilov 2*:2
65 kq. Meysam Nasiri - Məhəmməd Müslümov 7:6
70 kq. Mostafa Hosseinxani - Hacımurad Ömərov 3:6
74 kq. Hassan Yazdaniçarati - Əşrəf Əliyev 9:5
86 kq. Alireza Karimimaçiani - Aleksandr Qostiyev 2:5
97 kq. Abbas Tahan - Aslanbek Alborov 0:2
125 kq. Komeil Qasemi - Səid Həmidov 5:4
AZƏRBAYCAN - ABŞ 0:8
57 kq. Mahmud Məhəmmədov - Daniel Dennis-Kengot 0:10
61 kq. Əhmədnəbi Qvarzatilov - Antoni Ramos 4:10
65 kq. Məhəmməd Müslümov - Frank Molinaro 1:4
70 kq. Hacımurad Ömərov - Ceyms Qrin 0:10
74 kq. Əşrəf Əliyev - Aleksandr Dieringer 0:8
86 kq. Aleksandr Qostiyev - Michael Cox 2:3
97 kq. Aslanbek Alborov - Frederik Snider 1:2
125 kq. Səid Həmidov - Yakob Varner 0:10
Qeyd edək ki, ötənilki Dünya Kubokunu sərbəst güləşçilərimiz üçüncü sırada tamamlayıb.