1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Olimpiya mükafatçısının meyiti ayyarım sonra tapıldı
Rusiya İdman Güləşi Federasiyasının I vitse-prezidenti Adlan Varayevin meyiti Çeçenistanın Çişki kəndindən tapılıb. Sportnet.az-ın məlumatına görə, bu barədə sərbəst güləş üzrə üçqat olimpiya çempionu Buvaysar Saytiyev bildirib.
O, mərhumun meyitinin yaxınları tərəfindən tanındığını söyləyib: "Axtarışlar hadisənin baş verdiyi gündən dayanmamışdı. Varayevi ağır və təhlükəli hava şəraitində çoxlu insan axtarırdı. Çoxları ümid edirdi ki, onu sağ tapacaqlar. Amma olan oldu".
Qeyd edək ki, mayın 3-də itkin düşmüş Adlan Varayevin axtarış işlərində 600-dən çox şəxs iştirak edib. O, 1988-ci il Seul Yay Olimpiya Oyunlarında gümüş medal qazanmaqla yanaşı, dünya və 3 qat Avropa çempionu olub.