1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İki güləşçimiz finalda
Azərbaycanın yunan-Roma güləşçiləri Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə gənclər arasında Avropa çempionatının finalına yüksəlib. Sportnet.az-ın məlumatına görə, bunlar 55 kq çəkidə çıxış edən Nofəl Babayev və 84 kq-da yarışan İslam Abbasovdur.
1/8 finaldan mübarizəyə qoşulan N.Babayev ardıcıl olaraq gürcüstanlı Dato Çxartişvili, türkiyəli Ekrem Süleyman Öztürk, rumıniyalı Teodor Horataunu məğlub edib. Azərbaycanlı pəhlavanın həlledici görüşdəki rəqibi ukraynalı Jora Abovian olacaq.
İslam Abbasov da mübarizəyə eyni mərhələdən qoşulub. Abbasov yunanıstanlı Afstratios Nikitası, almaniyalı Arian Queneyi və xorvatiyalı İvan Hukleki məğlub edərək finala yüksəlib. Onun finaldakı rəqibi Türkiyədən Ali Cengiz olacaq.
66 kq-da mübarizə aparan Sənan Süleymanov bürünc medal uğrunda görüşdə moldovalı Voleriu Todoreanla üz-üzə gələcək. 120 kq-da mübarizə aparan Adəm Cəlilov təsəlliverici görüşdə estoniyalı Artur Vititindən üstün olub.
Qeyd edək ki, dünən Mikayıl Rəhimov qızıl (60 kq), Azər Nəsibli (50 kq) isə gümü medal qazanıb.