1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avropa Kubokunda 5 medal
Çexiyanın paytaxtı Praqada gənclər arasında cüdo üzrə Avropa Kubokuna start verilib. Sportnet.az-ın məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisi aktivinə 1 qızıl, 2 gümüş və 2 bürünc medal yazdırıb.
Təmsilçilərimizdən Kəramət Hüseynov (55 kq) qızıl, Nəriman Əhmədov (55 kq), Tofiq Məmmədov (60 kq) gümüş, Natiq Qurbanlı (55 kq) və Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.
Qeyd edək ki, 35 ölkədən 391 idmançının (250 oğlan, 141 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan millisi 17 cüdoçu (15 kişi, 2 qadın) ilə təmsil olunur.